Sadəcə, Rusiyadan məyus olduğunu bildirən Donald Tramp yaxın bir neçə həftə ərzində nə baş verəcəyini görməyi təklif edib.
|
| Tramp Moskva və Pekini bombalayacağını deyibmiş | VİDEO |
“Hər iki tərəf Ukraynadakı münaqişəni tez və siyasi-diplomatik vasitələrlə həll etmək arzusundadır. Amma bunu dərhal etmək mümkün deyil, çünki söhbət bürəkkəb bir prosesdən gedir”, - Kremlin sözçüsü bildirib.
Xatırladaq ki, Donald Tramp bu yaxınlarda Rusiyaya qarşı ritorikasını sərtləşdirib. İyulun 8-də Ağ Ev rəhbəri Rusiya prezidenti Vladimir Putindən “çoxlu cəfəngiyyatlar” eşitdiyini söyləyib.
Dmitri Peskov qeyd edib ki, Kreml bu məsələyə kifayət qədər sakit reaksiya verir. Belə ki, Amerika lideri ümumiyyətlə həmişə çıxışlarında sərt üslub və ifadələrdən istifadə edir.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


